Dünən

Netanyahu İsrail xalqına müraciət edib - VİDEO

“Cəsur pilotlarımız İran boyu çox sayda hədəfə hücum edib. Əməliyyatın məqsədi İranın nüvə infrastrukturuna, İranın ballistik raket zavodlarına və İranın hərbi imkanlarına zərbə endirməkdir. Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdırlar". 

Təhlil.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

O, İsrail xalqını komandanlığının göstərişlərinə son dərəcə ehtiyatla əməl etməyə çağırıb: "Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və s. ehtiyat yığırsınız”.

Onun sözlərinə görə, missiya tamamlanana qədər, əməliyyat nə qədər lazımdırsa, davam edəcək.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?