12 iyun
Təyyarə qəzasında 110 nəfər həlak olub

Hindistana məxsus “Air India” aviaşirkətinin London istiqamətində hərəkət edən sərnişin təyyarəsinin Əhmədabad şəhəri yaxınlığında qəzaya uğraması şirkət tərəfindən rəsmi təsdiqlənib.
Təhlil.az xəbər verir ki, son məlumatlara görə, qəza nəticəsində 110 nəfər həlak olub.
Sərnişinlər arasında 169 hindistanlı, 53 britaniyalı, 7 portuqaliyalı və 1 kanadalı olub.
Aviaşirkətin yaydığı məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Yaralananlar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub, lakin yaralıların sayı hələlik açıqlanmayıb.
Hazırda hadisə yerində təxirəsalınmaz xidmətlər işləyir, qəzanın səbəbləri araşdırılır.
Dünən
Dünən
Dünən
Dünən