15 aprel

Bakı və bəzi rayonlarda istilik mövsümü başa çatır

Bu gündən etibarən Bakı şəhərində və bəzi bölgələrdə istilik verilişi dayandırılır. 

Təhlil.az xəbər verir ki,  “Azəristiliktəchizat” ASC-nin cari mövsümdə göstərdiyi fəaliyyətə əsasən:

553 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə

3278 yaşayış binası,

184,500-ə yaxın mənzil,

286 orta məktəb,

158 uşaq bağçası,

150 səhiyyə müəssisəsi və

2600-dən çox sosial və təsərrüfat obyektləri istiliklə təmin olunub.

Dağ rayonlarında isə istilik verilişi mayın 1-dək davam edəcək.
Bu bölgələrə Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı daxildir. Burada:

39 qazanxana və 1 istilik məntəqəsi vasitəsilə

34 yaşayış binası,

16 məktəb,

3 uşaq bağçası,

2 səhiyyə müəssisəsi və

18 sosial obyekt istiliklə təmin olunacaq.