10 iyun

İndoneziyada vulkan həyəcanı: Semeru kül püskürtdü, sakinlərə xəbərdarlıq

Mərkəzi İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanının püskürməsi qeydə alınıb.

Təhlil.az xəbər verir ki, kül vulkanın kraterindən 1000 m hündürlüyə və ya dəniz səviyyəsindən 4676 m yüksəkliyə qalxıb.

Qeyd olunur ki, kül cənub-qərb istiqamətində yayılır.

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi vulkan ocağından qaya parçalarının ətrafa püskürməsi təhlükəsi səbəbindən bölgədəki sakinlərə ehtiyatlı olmağı və kraterdən 3 km məsafədə dayanmağı tövsiyə edib.
Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?