Dünən

33 nəfər dəm qazından zəhərlənib

"2025-ci ilin ilk üç ayı ərzində dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 33 nəfər qəbul edilib".

Təhlil.az xəbər verir ki, bu arədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq onlardan 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib. (trend)