10 iyun

Valideynlər uşaqlarının bioloji xüsusiyyətlərini artıq özləri seçəcək - ÖZƏL

Bu xidməti Amerikanın “Nucleus” startapı irəli sürüb. Xidmətdən yararlanan cütlüklər sanki oyunda personaj yaradırmış kimi uşağın bütün xüsusiyyətlərini fərdiləşdirə biləcəklər. Təhlil.az xəbər verir ki, bura boy, göz və saç rəngi, İQ səviyyəsi, xəstəliklərə qarşı həssaslığı, immuniteti, bir sözlə ağıla gələcək bütün bioloji xüsusiyyətlər daxildir. 
Proses bir neçə mərhələdən ibarətdir:
- Uşaq süni mayalanma (IVF) yolu ilə yaradılır;
- Embrion məlumatları sistemə yüklənir;
- Bir neçə saatdan sonra uşağın xüsusiyyətləri göstərilir;
- Bəyəndiyinizi seçirsiniz və 9 aydan sonra seçdiyiniz “personajın” valideyni olursunuz.
mynucleus.com saytında təqdim olunan xidmətin hazırki dəyəri isə 5999 Amerika dollarıdır.

Qeyd edək ki, fantastik filmlərin məşhur rejissoru Endryu Nikkolun 1997-ci ildə səhnələşdirdiyi “Gattaca” filminin ssenarisi də məhz bu mövzunu ehtiva edir. Məşhur amerikalı aktyorların - İtan Houk və Uma Turmanın baş rolları canlandırdığı bu antiutopik filmdəki hadisələr çox maraqlıdır ki, elə hazırda olduğumuz 21-ci əsrdə cərəyan edir. 

Ssenariyə əsasən, 21-ci əsrdə genetik mühəndisliyi yer üzündə çox inkişaf etdiyi üçün artıq qüsursuz insanlar yaradılır. Xüsusi vəzifələr üçün yetişdirilən yeni fövqəlbəşəri irq səbəbiylə dünyaya normal yollarla gələn insanlar isə işsiz qalır və arxa plana atılaraq cəmiyyətin alt sinfini  təşkil edirlər.

Babək Zeynal

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?