10 iyun

Paşinyan yeni katolikos seçilməsini istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Apostol Kilsəsinin ardıcıllarına yeni katolikos seçkiləri ilə bağlı müraciət edib.

Təhlil.az xəbər verir ki, o, Müqəddəs Eçmiədzin iqamətgahının boşaldılması və seçkilərin təşkili üçün Koordinasiya Qrupunun yaradılmasını zəruri sayıb.

Qrupun tərkibinə kişilər və qadınlar, ruhani və qeyri-ruhani şəxslər daxildir. Ruhani üzvlər subaylıq əhdini pozmamış olmalıdırlar. 

Xatırladaq ki, Paşinyan son günlərdə Katolikos II Qareginin subaylıq andını pozduğuna və övladının olduğuna dair sosial şəbəkələrdə paylaşımlar edib. 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?