10 iyun

ABŞ-də Tramp və Nyusom gərginliyi artır

ABŞ prezidenti Donald Trampla Koliforniya ştatının qubernatoru arasında gərginlik davam edir. 

Təhlil.az xəbər verir ki, Kaliforniya ştatının qubernatoru Qavin Nyusom ABŞ-nin prezident Donald Trampı məhkəməyə verdiyini açıqlayıb.

Səbəb kimi isə Trampın Kaliforniyaya, daha dəqiq desək Los-Ancelesə Milli Qvardiya göndərmək qərarını göstərib.

Nyusomun fikrincə, Trampın bu addımı ştatın suverenliyinə və yerli idarəetmə prinsipinə açıq müdaxilədir.

Qeyd edək ki, Tramp da öz növbəsində Kaliforniya qubernatorunu həbs edəcəyini bildirib.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?