05 iyun
Ərdoğan Azərbaycan-Ermənistan sülh danışıqlarının əhəmiyyətini Paşinyana çatdırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin məlumatında bildirilib ki, erməni tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı N. Paşinyan Türkiyə Prezidentini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Təhlil.az xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparıb, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının və regionda münasibətlərin hərtərəfli normallaşmasının əhəmiyyətini vurğulayıb. O, Ankara ilə İrəvanın təmasları ilə bağlı məmnunluğunu ifadə edib.
05 iyun