05 iyun
Ərdoğandan sülh mesajı: “Bu danışıqlar tarixə düşəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında iyunun 2-də İstanbulda keçirilən danışıqları Ukrayna nizamlanması üçün tarixi addım adlandırıb.
“Biz Türkiyə olaraq Fələstindəki soyqırımı dayandırmaq və ədalətli sülhü təmin edərək Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirmək üçün əlimizdən gələni edirik. “İyunun 2-i bazar ertəsi İstanbulda keçirilən görüş şimalımızda dörd ildir davam edən qanlı müharibəyə son qoyulması istiqamətində tarixi addım idi” - deyə, Ərdoğan Qurban bayramının başlanması münasibətilə xalqa video müraciətində bildirib.
Hikmət Həsənov
05 iyun