05 iyun
MDB hökumət başçıları sentyabrda toplaşacaqlar

MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə MDB-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.
Məlumata əsasən, baş nazirlər bu gün Düşənbədə MDB çərçivəsində iqtisadi və mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
"Həmçinin MDB İqtisadi Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi, Birlik orqanlarının fəaliyyətinin kadr və maliyyə-təşkilati aspektlərinə dair bir sıra sənədlər qəbul edilib. MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək", - deyə, məlumatda vurğulanıb.