14 aprel
Bakıdakı UFC turnirində hansı döyüşçülərimiz iştirak edəcək?

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Turnirdə iştirak edəcək idmançılardan bəzilərinin adı məlum olub.
Bakıda keçiriləcək turnirdə Rafael Fiziyev və Nazim Sadıqovdan başqa, Tahir Abdullayev (17-3), Məhəmmədəli Osmanlı (9-0), Asəf Çopurov (7-0) da iştirak edəcək.
Xatırladaq ki, Tofiq Musayevin də Bakıda təşkil olunacaq UFC turnirində iştirakı yaxın günlərdə təsdiqlənəcək.