04 iyun

Türk Dövlətləri Təşkilatı NATO modelinə keçir? - AÇIQLAMA

“Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr öz hərbi ittifaqlarını yaratmalıdırlar. Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq Türk Dövlətləri Təşkilatının bütün ölkələri üçün belə münasibətlər formatının nümunəsidir”.

Bunu tehlil.az saytına açıqlamasında “Böyük Turan Birliyi” Fondunun təsisçisi Serikjan Mambetalin deyib. 

Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsində açıq və birbaşa qarşılıqlı məsuliyyətlərin qeyd edildiyini xatırladan ekspert vurğulayıb ki, sənədə əsasən, Türkiyəyə edilən hücum Azərbaycana qarşı, Azərbaycan edilən hücum isə Türkiyəyə qarşı edilən hücum kimi qəbul edilir.

Sosial şəbəkə platformalarında Özbəkistanın Şuşa bəyannaməsinə qoşulmağa və üçlü ittifaq yaratmağa hazır olması barədə yayımlanan mesajlar haqqında fikirini bildirən S. Mambetalin qeyd edib ki, Türk Dövlətləri Təşkilatına xarici təcavüz zamanı təşkilat ölkələrinin qarşılıqlı müdafiəsini təmin edəcək hərbi ittifaqa ehtiyacı var.

“May ayında TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi zirvə görüşündə də müdafiə sənayesində birgə işin vacibliyi müzakirə olunub. Təhlükəsizlik məsələləri Budapeşt Bəyannaməsinin ayrıca bəndi idi və üstəlik, əgər əvvəllər Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr Fövqəladə Hallar Nazirliyi xətti ilə, fövqəladə hallar xətti üzrə qarşılıqlı fəaliyyət prinsiplərini müəyyən etmişdilərsə, indi bu sammitdə müdafiə sənayesi sahəsində birgə işin vacibliyindən danışılırdı. Başa düşürəm ki, hərbi sərgilər çərçivəsində bəzi görüşlər nəzərdə tutulub və Türk Dövlətləri Təşkilatı birgə müdafiə sənayesinin inkişafı istiqamətində səylərini birləşdirəcəklər”, - deyə S.Mambetalin vurğulayıb. 

Rasim Babayev

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.