04 iyun

Cənubi Koreyanın yeni prezidentindən ilk təyinatlar

Koreya Respublikasının yeni prezidenti Li Çje Men vəzifəyə aktiv başlayıb. Təhlil.az xəbər verir ki, yeni dövlət başçısı vəzifəsinin icrasına başladığı ilk gün vaxt itirmədən bir sıra təyinatlara imza atıb.
Li əsas köməkçilərini jurnalistlərə şəxsən təqdim edib. Onları xarakterizə edən prezident qeyd edib ki, köməkçilərinin xalqa sədaqəti, yüksək səriştə və məsuliyyət xüsusiyyətləri var.
Elan edilən təyinatlardan ən önəmlisi Demokratlar Partiyasından deputat Kim Min Seokun baş nazir postuna namizədliyi olub.
Milli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsi keçmiş birləşmə naziri və mərhum prezident Roh Moo-hyun dövründə milli təhlükəsizlik müşaviri olan Li Conq-suka təklif olunub.
Bundan əlavə, prezident administrasiyasının rəhbəri vəzifəsi Demokratlar Partiyasından deputat Kanq Huna həvalə edilib. O, 1970-ci illər nəslindən olan ilk nümayəndədir ki, bu vəzifəyə layiq görülüb. Prezidentin mətbuat katibi vəzifəsi Kanq Yoo-cunqa verilib, keçmiş ordu generalı Hvanq İn-qvon isə təhlükəsizlik xidmətinin rəhbəri təyin edilib.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.