14 aprel
Aeroport şosesində qəzaya uğrayan avtomobillər - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda baş verən bəzi qəzaların görüntülərini yayıb.
Təhlil.az xəbər verir ki, görüntülərdə avtomobili yüksək sürətlə idarə edən və manevr qaydasını pozma nəticəsində qəzaya uğrayan avtomobillər yer alıb.
Bildirilib ki, paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar.
"Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar.
Həmin görüntüləri təqdim edirik: