Dünən

“Haribo” marmeladında narkotik maddə aşkarlanıb

Niderlandda məşhur “Haribo” marmeladları ilə bağlı inanılmaz hadisə yaşanıb.

Təhlil.az xəbər verir ki, yerli hökumət orqanları bu şirniyyatların bəzi partiyalarında narkotik tərkibli maddə, çətənənin (kannabis) aşkarlandığını açıqlayıb.

Hadisə, bir neçə nəfərin “Haribo” marmeladını yedikdən sonra özlərini pis hiss etmələri ilə bağlı şikayətlərdən sonra ortaya çıxıb. İstintaq nəticəsində məlum olub ki, satışda olan bəzi məhsullarda həqiqətən də narkotik maddə izləri mövcuddur.

"Haribo" şirkəti məsələ ilə bağlı dərhal reaksiya verərək, sözügedən partiyanın satışdan geri çağırılacağını açıqlayıb. Hazırda çətənənin məhsula necə düşdüyü və bu prosesin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma aparılır.

Hadisə Avropanın ərzaq təhlükəsizliyi gündəminə ciddi şəkildə düşüb və “Haribo” brendinə olan ictimai inamda sarsıntı yaradıb. Məsuliyyətin istehsalat zəncirində hansı mərhələdə baş verdiyi isə yaxın günlərdə bəlli olacaq.