14 aprel

Yelləncəyin ipi qızın boğazına dolandı

Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Təhlil.az-ın məlumata görə, 2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.

Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb.

15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.