29 may

Zelenski: Ukrayna Azərbaycanın yanındadır

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Təhlil.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edərək yazıb: “Təbriklərimi Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına çatdırıram. Müstəqillik Gününüz mübarək!”

Zelenski qeyd edib ki, ənənələrin gücü, ləyaqət, birlik və ölkəni formalaşdıran, onun müstəqilliyini qoruyan bütün nəsillərə dərin hörmət doğrudan da ilhamvericidir.

Ukrayna lideri paylaşımında Kiyevin Azərbaycana dəstəyini də vurğulayıb: “Ukrayna sizinlədir. Azərbaycana sülh, davamlı inkişaf və rifah arzulayıram”.