14 oktyabr

Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. 

Təhlil.az xəbər verir ki, o, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

“Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək”, – məlumatda qeyd olunub.