Bu gün

Bakı-Pirşağı-Sumqayıt reysinə əlavə qatarlar buraxılıb - YENİ QRAFİK

Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib.
Təhlil.az xəbər verir ki, indiyədək Sumqayıtdan saat 06:48-də yola düşən qatar bu gündən etibarən 06:43-də hərəkətə başlayacaq.
Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 17:40-da əlavə qatar reysə buraxılıb.

Həmçinin Sumqayıt-Pirşağı-Bakı istiqamətində saat 06:57 və 07:45-də əlavə qatar reysləri təyin olunub.

Eyni istiqamətdə saat 07:10-da hərəkət edən ekspres qatarın yola düşmə vaxtı 07:20-yə dəyişdirilib. Saat 07:20-də hərəkət edən qatar isə bundan sonra 07:10-da yola düşəcək.

Bundan əlavə, saat 08:10-da hərəkət edən ekspres qatarın yola düşmə vaxtı 07:57-yə keçirilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?