Bu gün

Üçtərəfli mümkün görüşün tarixini açıqladı

Ukrayna, Rusiya və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli mümkün görüş dekabrda Mayamidə keçirilə bilər.

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

Onun sözlərinə görə, G20 sammiti çərçivəsində baş tuta biləcək bu görüş real nəticələrə gətirib çıxara bilər: “Hesab edirəm ki, bu, real nəticələrə səbəb ola biləcək üçtərəfli görüşün keçirilməsi üçün yaxşı imkandır”.

Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə təşkil ediləcək.