Bu gün

Putin Trampla görüşməyə hazırdır

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla yeni şəxsi görüş keçirməyə hazırdır, lakin bunun konkret vaxtı hələ müəyyən edilməyib.

Təhlil.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda yüksək səviyyəli görüşlərlə bağlı heç bir konkretlik yoxdur. Bununla yanaşı, Peskov Putinin Rusiya-ABŞ görüşünə hazır olduğunu vurğulayıb.

“Prezidentlər Putin və Tramp telefon danışıqları zamanı həqiqətən də həmişə zərurət yaranacağı təqdirdə, zamanla daha bir görüş keçirməyə hazır olduqlarını vurğulayırlar”, - Kremlin nümayəndəsi əlavə edib.

Sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp 15 avqust 2025-ci ildə ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində üzbəüz görüşüblər. Görüş zamanı Rusiya-Ukrayna müharibəsinin dayandırılması və digər məsələlər müzakirə olunub, lakin yekunda hər hansı sənəd imzalanmayıb.