14 aprel
"Uçan taksi"nin sürücüsü ilk dəfə danışdı: "Yalan söhbətdir"

Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.
Təhlil.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib:
"Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".
A. Nəcəfov 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:
"Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".
Xatırladaq ki, aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdi. "BYD" avtomobilinin sürücüsü idarəetməni itirərək yolun o biri tərəfinə düşmüşdü.