2025-ci ilin ən yaxşı hava limanları - SİYAHI

2025-ci ilin ən yaxşı hava limanları "Skytrax" beynəlxalq reytinq təşkilatının qiymətləndirməsinə əsasən müəyyən edilib. Təhlil.az xəbər verir ki, bu reytinqdə Sinqapurun "Changi" hava limanı birinci yeri tutaraq dünyanın ən yaxşı hava limanı seçilib. İkinci yeri Qətərin paytaxtı Dohadakı Hamad hava limanı, üçüncü yeri isə Tokiodakı Haneda hava limanı tutub.
Qeyd edək ki, “Changi” Hava Limanı yalnız tranzit nöqtəsi deyil, həm də sərnişinlər üçün əyləncə və istirahət mərkəzi kimi tanınır. Burada 10 mərtəbəli "Jewel" ticarət mərkəzi, dünyanın ən böyük qapalı şəlaləsi, tropik bağlar, kinoteatr, spa və hətta dinozavr parkı mövcuddur . “Hamad” Hava Limanı isə 2024-cü ildə 52,7 milyon sərnişinə xidmət göstərərək "Yaxın Şərqin ən yaxşı hava limanı" və "Ən yaxşı hava limanı ticarəti" kimi mükafatlara layiq görülüb.
Cari ilin 10 ən yaxşı hava limanı ilə aşağıdakı siyahıdan tanış olmaq mümkündür.
1. Çanqi (Sinqapur)
2. Hamad (Doha)
3. Haneda (Tokio)
4. İnçxon (Seul)
5. Narita (Tokio)
6. Honq Konq hava limanı
7. Şarl de Qoll (Paris)
8. Fyumiçino (Roma)
9. Münhen (Almaniya)
10. Sürix (İsveçrə)
Əlavə məlumat üçün bildirək ki, Azərbaycanın Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb.