Bu gün

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Bişkekdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?