Bu gün

Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər

Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsinə hazırlığa başlamağı planlaşdırır. 

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında danışıb. 

Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı referendum quruma ərizə təqdim edildikdən, müvafiq reaksiya alındıqdan və prosesin “yol xəritəsi” razılaşdırıldıqdan sonra keçiriləcək:

“Referendumun təşkil edilməsi üçün Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə ilə müraciət etməlidir. Bu, böyük iş tələb edən prosesdir və yaxın gələcəkdə, xüsusən də Avrasiya İqtisadi İttifaqındakı həmkarlarımızın çağırışlarına qulaq asaraq, bu prosesə başlayacağıq”.

Bununla belə, Paşinyan ərizənin təqdim edilməsi ilə bağlı konkret tarixlər açıqlamayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?