18 avqust

Rusiyadan Xarkov vilayətinə raket zərbəsi: 10 nəfər ölüb

Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Təhlil.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

Məlumata görə, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib.

Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?