18 avqust
Ərdoğanla Tramp telefonla danışdı

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı keçirilib.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
İki ölkə lideri söhbət zamanı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edib.
Bildirilib ki, Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacib olduğunu, danışıqların davam edəcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərinə dəstəyi davam etdirəcəyini vurğulayıb.
18 avqust
17 avqust