24 may
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldıb

ABŞ Maliyyə Nazirliyi əvvəllər bloklanmış Suriya ilə bağlı əməliyyatların aparılmasına icazə verən lisenziya yayıb.
Təhlil.az xəbər verir ki, bəyanatda deyilir: “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Suriyaya dair 25 nömrəli ümumi lisenziyanı təqdim edib ki, bu da Prezidentin Suriyaya qarşı bütün sanksiyaların ləğvi ilə bağlı elanına uyğun olaraq dərhal sanksiyaların götürülməsini nəzərdə tutur”.
Sənəddə həmçinin bildirilir ki, ABŞ Suriya aviaşirkətləri, bir sıra banklar və gəmiçilik şirkətləri ilə bağlı sanksiyaları da aradan qaldırıb. Bununla belə, lisenziyada vurğulanır ki, Rusiya, İran və Şimali Koreya ilə aparılan tranzaksiyalar hələ də qadağan olunmuş olaraq qalır.
24 may