Dünən

Məşhur aktyorlar azadlıqdan məhrum edildilər

Türkiyənin məşhur kino ulduzları Halit Ergenç 1 il 10 ay 15 gün, Rıza Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

Təhlil.az xəbər verir ki, aktyorların həbs olunmasına  “Gəzi Parkı” hadisələrinə qoşulmaları, daha dəqiq desək, həmin etirazlarda iştirakı təşkil edən prodüser Ayşe Barımla yaxın əlaqədə olmaları səbəb olub. 

Xatırladaq ki, Ayşe Barım artıq "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə həbs edilib. O, həmçinin şirkətinə bağlı olan Halit Ergenç, həyat yoldaşı Bergüzar Korel, Dolunay Soysert və Mehmet Günsür kimi aktyorların aksiyalara iştirak etməyə dəvətdə günahlandırılır. 

Qeyd edək ki, Ergenç və Kocaoğlu ifadələrində sözügedən etiraz kasiyasında öz təşəbbüsləri ilə iştirak etdiklərini desələr də, prokurorluq bu ifadələri inandırıcı saymayıb və istintaqa başlayıb. 

Məlumat üçün bildirək ki, Halit Ergenç hazırda “Kral Kaybederse” serialında baş rolda çıxış edir.