Bu gün
Daha bir ölkədə "Telegram" bağlanır

Vyetnam hökuməti "Telegram" messencerinin bloklanması barədə göstəriş verib.
Təhlil.az xəbər verir ki, buna səbəb platformanın cinayətkarlıqla mübarizədə əməkdaşlıqdan imtina etməsidir.
Polisin verdiyi məlumata görə, ölkədəki 9600 Telegram kanal və qrupunun 68 faizi dələduzluq, narkotiklərin qanunsuz dövriyyəsi və hətta ehtimal olunan terror aktları ilə əlaqələndirilir.
Texnologiyalar Nazirliyi telekommunikasiya şirkətlərinə messenceri bloklamağı və bu barədə iyunun 2-dək hesabat təqdim etməyi tapşırıb.
Bu gün
Bu gün