Bu gün

Trampdan İrana sərt mesaj: "Razılaşın, yoxsa heç nə qalmayacaq"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran danışıqlar masasına əyləşməkdən imtina edəcəyi təqdirdə Vaşinqton İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endirməyə başlayacaq.

Təhlil.az xəbər verir ki, ABŞ lideri "Fox News" telekanalına müsahibəsində bildirib ki, qarşıdakı həftə İran üçün çox acınacaqlı ola bilər.

“Əgər onlar danışıqlar masasına əyləşməsələr, bütün elektrik stansiyalarını, bütün körpülərini sıradan çıxaracağıq”, – deyə Tramp qeyd edib .

Onun sözlərinə görə, ABŞ artıq İrana "çox güclü zərbələr" endirib və ölkənin bütün sahil xətti boyunca yerləşən obyektlərə hücumlarını davam etdirir.

Tramp həmçinin bildirib ki, administrasiyasının nümayəndələri bu yaxınlarda İran rəsmiləri ilə təmasda olublar. Tehrana göndərilən mesajın məzmunu barədə suala cavabında o deyib:

"Yaxşı olar ki, razılığa gələsiniz. Əks halda sizdən heç nə qalmayacaq".

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?