Dünən

Danışıqların beşinci raundu başladı

Vaxtilə düşmən ritorikasının mərkəzində dayanan Vaşinqtonla Tehran indi diplomatik stol ətrafında beşinci dəfədir ki, eyni mövzunu müzakirə edir.

Təhlil.az xəbər verir ki, son raund bu dəfə İtaliyanın paytaxtı Romada keçirilir. Qeyri-rəsmi, lakin diqqətlə izlənən bu görüşlər seriyası ilk dəfə deyil ki, baş tutur. Daha əvvəl tərəflər Omanın vasitəçiliyi ilə artıq dörd dəfə bu mövzuda bir araya gəliblər – Maskat və Roma arasında diplomatik "pendel" hərəkəti davam edir.

Aprelin 12-də Maskatda başlayan dialoq, ardınca Romada (aprel 19), yenidən Maskatda (aprel 26 və mayın 11) davam etdirilib. Nəhayət, beşinci görüş yenidən Romanın tarixi divarları arasında baş tutur.

Maraqlıdır ki, bu danışıqlarda tərəflərin başçılığı kifayət qədər tanınmış fiqurlara həvalə olunub. İran tərəfini xarici işlər naziri Abbas Araqçı, ABŞ nümayəndə heyətini isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.