Bu gün

Bu gün IV Şuşa Qlobal Media Forumu başlayır

IV Şuşa Qlobal Media Forumu bu gün işə başlayır.

İki gün davam edəcək forum "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilib.

Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirakı nəzərdə tutulub. Forumda, həmçinin, 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunacaq.

Forumun proqramına medianın sülh quruculuğundakı prosesində rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular üzrə panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar daxildir.

Tədbirin əsas məqsədi mediada məsuliyyətli yanaşmanın əhəmiyyətini ön plana çıxarmaq, cəmiyyətlər arasında etimadın bərpasına, rəqəmsal həmrəyliyin möhkəmləndirilməsinə və sülhün təmin olunmasına yönəlmiş praktiki təşəbbüslərə töhfə verməkdir.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?