İran İordaniyaya ballistik raketlərlə hücum edib

ABŞ-İran arasında eskalasiyaların yenidən alovlanması fonunda İordaniyada raket və dron hücumu ilə bağlı həyəcan təbilləri çalınıb.
Təhlil.az xəbər verir ki, zərbələrin hədəfi ABŞ-nin ölkədə yerləşən hərbi bazası olub.
İordaniyanın hava hücumlarından müdafiə qüvvələri Tehrandan buraxılmış ümumilildə 8 ballistik raketi zərərsizləşdirib.
İtkilər və dağıntılar barədə məlumat verilmir.
“Times of Israel” nəşrinin məlumatına görə, İordan vadisində yerləşən yəhudi qəsəbələrində də həyəcan təbilləri eşidilib.
Qeyd edək ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldı. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.