Bu gün

Dağıstanda fövqəladə vəziyyət rejimi elan edilib

Dağıstanın Gərgəbil rayonunda baş verən daşqınlarla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Təhlil.az xəbər verir ki, bu barədə rayon administrasiyasının "Telegram" kanalında qeyd edilib.

Məlumata əsasən, daşqın vəziyyətinin pisləşməsi ilə əlaqədar Fövqəladə Hallar Komissiyası yekdilliklə fövqəladə vəziyyət rejiminin elan olunmasına qərar verib. Müvafiq sərəncamı rayonun rəhbəri Maqomedali Taqirov imzalayıb.

Qeyd olunub ki, qərarın qəbul edilməsinə səbəb rayonun bir neçə kəndində vəziyyətin ağırlaşması və su səviyyəsinin artmaqda davam etməsidir.

Yerli hakimiyyət sakinləri ehtiyatlı olmağa və rəsmi məlumatları izləməyə çağırıb.

İyulun 7-8-də yağan güclü yağışlar nəticəsində Dağıstanın bir sıra yaşayış məntəqələrində daşqınlar baş verib, yollar yuyulub və elektrik enerjisinin verilişində fasilələr yaranıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?