Dünən
Lavrovdan sülh siqnalı

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Təhlil.az xəbər verir ki, o, bu barədə “Tarixi Cənub-Rusiya torpaqları” mövzusunda keçirilən yüksək səviyyəli konfransda çıxışı zamanı bildirib.
“Biz Ermənistan və Azərbaycanın sülh sazişi imzalaması istiqamətində uğur qazanmasını səmimi şəkildə arzulayırıq”, – deyə Lavrov qeyd edib.
Nazir vurğulayıb ki, bu sənədin hazırlanmasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşlər mühüm rol oynayıb.
Lavrov, həmçinin Moskvanın tərəflərin istəyindən asılı olaraq, sülh prosesində iştirakını davam etdirməyə tam hazır olduğunu bəyan edib.
Dünən