Bu gün

Makron Ankarada qaçışa çıxdı, park bağlandı - FOTOLAR

NATO sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Ankarada səhər qaçışı edib.

Təhlil.az xəbər verir ki, Türkiyə mətbuatında yazılanlara əsasən, Fransa liderini mühafizəçiləri müşayiət ediblər.

Makron onu “Sabahınız xeyir” və “Türkiyəyə xoş gəlmisiniz!” deyərək salamlayan jurnalistləri fransızca salamlayaraq təşəkkür edib.

Onun səhər qaçışı səbəbilə Seğmenlər Parkı vətəndaşlar üçün müvəqqəti olaraq bağlanıb. Mətbuat nümayəndələrinin də parka girişinə icazə verilməyib.

Makron geniş təhlükəsizlik tədbirləri fonunda təxminən 1 saat davam edən səhər qaçışından sonra qaldığı hotelə qayıdıb.

Fransa liderinin bu gün NATO sammiti çərçivəsindəki rəsmi proqrama qatıldıqdan sonra mətbuat konfransı keçirməsi planlaşdırılır.