Dünən
Türkiyədə FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı

Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə bağlı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Təhlil.az xəbər verir ki, ölkənin 36 vilayətində keçirilən kompleks əməliyyat çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin aktiv xidmət göstərən 63 hərbçisi barəsində həbs qərarı verilib. Onlardan 56-sı artıq saxlanılıb.
İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilir ki, FETÖ-nün Türkiyə Silahlı Qüvvələri daxilində gizli strukturlar yaradaraq geniş bir şəbəkə qurduğu müəyyən edilib.
Əməliyyatlar İstanbul, Ankara, Bursa və Ərzurum daxil olmaqla bir sıra vilayətlərdə aparılıb. Hazırda saxlanılan şəxslərlə bağlı istintaq davam etdirilir.
Dünən