13 aprel
Tramp UFC döyüşünü izlədi, rinqə çıxdı

ABŞ Prezidenti Donald Tramp "Ultimate Fighting Championship" (UFC) tədbirində iştirak edib.
Tehlil.az "The Hill"in məlumatına əsasən xəbər verir ki, döyüşləri izlədikdən sonra ABŞ lideri oktaqona (rinq) çıxıb.
Oktaqonda prezidentə onun müşaviri İlon Mask, dövlət katibi Marko Rubio, Federal Təhqiqat Bürosunun direktoru Keş Patel, Milli Kəşfiyyatın direktoru Tulsi Qabard və digər məmurlar qoşulublar.
Qeyd edək ki, D.Tramp UFC-nin baş direktoru Dan Uaytla çoxdan dostluq edir.