Bu gün
Ermənistan Parlamenti işini başa vurdu

Səkkizinci çağırış Ermənistan parlamenti bu gün son iclasını keçirib və bundan sonra səlahiyyətləri başa çatıb.
Təhlil.az xəbər verir ki, son sessiyada parlament sədri Alen Simonyan deputatlara işlərinə görə təşəkkür edib və partiya tərəfindən spikerliyə namizəd göstərilən Vətəndaş Müqaviləsi Partiyasından olan həmkarı Ruben Rubinyana uğurlar arzulayıb.
Qeyd edək ki, 7 iyunda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,7456%-ni, iş adamı Samvel Karapetyanın Güclü Ermənistan bloku 23,2710%, keçmiş prezident Robert Köçəryanın Ermənistan bloku isə 9,9231% səs toplayıb.