Rusiya Azərbaycan vasitəsilə İrana taxıl ixracını 4 dəfədən çox artırıb

“Rusiya Dəmir Yolları” ASC Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Rusiya taxılının İrana daşınmasını inkişaf etdirməyə hazırdır".
bunu şirkətin baş direktoru Oleq Belozyorov bildirib.
RDY-nin yaydığı məlumata görə, Rusiya, Azərbaycan və İranın dəmir yolları rəhbərləri Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafını müzakirə ediblər. RDY-nin baş direktoru Oleq Belozyorov Moskvada "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbarəli Zakeri ilə danışıqlar aparıb.
"Rusiya taxılının İrana daşınmasını inkişaf etdirməyə hazırıq. Yanvar-iyun ayları üzrə daşımaların dinamikası müsbətdir. Astara vasitəsilə İrana 65 min ton taxıl daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4 dəfədən çoxdur", – deyə o, qeyd edib.