Bu gün

Bakı Olimpiya Stadionu ABŞ bayrağının rənglərinə boyandı

ABŞ-nin Azərbaycandakı səfirliyi Bakıda Olimpiya Stadionunun ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasına görə, Azərbaycana təşəkkür edib.

Təhlil.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, ABŞ iyulun 4-də ölkənin müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi böyük məmnunluq doğurub.

“Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir”, - paylaşımda qeyd olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?