Bu gün

Ceyhun Bayramov tezliklə Rusiyaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tezliklə Moskvaya səfər edəcək. 

Təhlil.az xəbər verir ki, bunu RTVI-yə verdiyi müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin Moskvaya səfərinin tarixləri hələlik dəqiqləşdirilməyib.

"Bununla belə, biz Azərbaycanlı həmkarlarımızla Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bütün məsələləri, o cümlədən siyasi, ticarət-iqtisadi və ən əsası mədəni-humanitar ikitərəfli gündəliyi müzakirə etməyə ümid edirik", - deyə o, qeyd edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?