Bu gün
ABŞ və İran sabah Dohada üz-üzə gələcək

İyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, xarici medianın yazdığına əsasən, tərəflər qarşılıqlı atəşi dayandırmaq barədə razılığa gəliblər.
Digər mənbələrin iddiasına görə isə görüş zamanı Vaşinqton və Tehranın daha əvvəl imzalanmış anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməsi gözlənilir.
Xatırladaq ki, ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İranın 10 hərbi obyektinə zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, bu tədbir İranın 2 milyon bareldən çox neft daşıyan Panama bayraqlı “Kiku” tankerinə hücumuna cavab olaraq atılıb.
25 iyun