ABŞ Rusiyaya bir neçə gün verdi

ABŞ senatorları Lindsi Qrem və Riçard Blumental Rusiyaya açıq mesaj göndəriblər.
Təhlil az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, Moskva bir neçə gün ərzində Ukrayna ilə real və səmimi sülh danışıqlarına başlamasa, Senat tərəfindən dəstəklənən sərt iqtisadi sanksiyalar paketi işə salınacaq.
Senatorların açıqlamasında qeyd edilir: “Rusiya atəşkəslə bağlı real təkliflər təqdim etməlidir. Əgər yenə ictimaiyyətə hesablanmış manipulyasiyalar olarsa, ABŞ Senatı sərt şəkildə cavab verəcək”
Söhbət artıq 80-dən çox senatorun dəstəklədiyi qanun layihəsindən gedir.
Qeyd edək ki, qanun aşağıdakı tədbirləri nəzərdə tutur:
Rusiya mənşəli neft, qaz və urana 500%-lik gömrük rüsumlarının tətbiq olunması
Rusiya bank sisteminə qarşı yeni maliyyə sanksiyaları
Bundan əlavə, qanun layihəsi Rusiyanı "ticarət adasına" çevirməyi və onun iqtisadiyyatına dəstək verən ölkələri, xüsusilə də Rusiya neftini “kölgə donanması” vasitəsilə alan Çini də cəzalandırmağı hədəfləyir.
Senatorlar hesab edirlər ki, Rusiya məhz bu iqtisadi dəstəyə güvənərək müharibəni davam etdirə bilir.
“Əgər bu axını kəssək, Kreml uzun müddət davam gətirə bilməz” – deyə, bəyanatda vurğulanır.