Dünən

İlham Əliyev və Niderlandın Baş naziri arasında telefon danışığı olub

Bu gün İlham Əliyev və  Niderlandın Baş naziri Rob Jetten arasında telefon zəngi baş tutub.

Təhlil.az xəbər verir ki, bu barədə Ölkə başçısı sosial şəbəkə hesabında paylaşım edib.

"Biz siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz həmçinin regional hadisələrlə bağlı fikir mübadiləsi apardıq və mən Niderlandın davamlı sülhə dəstəyini alqışladım", - paylaşımda qeyd edilib.