Dünən

Paşinyan: "Azərbaycan və Türkiyə ilə normallaşma qaçılmazdır"

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa can atır və bu məqsədə nail olunması ölkənin xarici siyasətinin balanslaşdırılması prosesinin başa çatmasına gətirib çıxaracaq.

Təhlil.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında bildirib.

"Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, xarici siyasətin balanslaşdırılması prosesi başa çatacaq və bu, Ermənistan üçün yeni imkanlar yaradacaq", - o deyib.

Baş nazirin sözlərinə görə, Türkiyənin özü ilə münasibətlərin olmaması xarici siyasi münasibətlərdəki asimmetriyanı göstərir. Bu balansın bərpası üçün Ermənistanın yalnız Türkiyə və Azərbaycanla deyil, bütün dövlətlərlə münasibətlərin saxlanılması zəruridir.

"Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir", - deyə,  Paşinyan vurğulayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?