Bu gün

Rusiya kiberhücuma hazırlaşır: hədəf hava limanları, İT sektoru

Böyük Britaniya və onun əsas müttəfiqləri olan ABŞ, Fransa və Almaniya Rusiya hərbi kəşfiyyatının koordinasiya etdiyi zərərli kiberəməliyyatlarla bağlı birgə xəbərdarlıq bəyanatı yayıblar.

Təhlil.az xəbər verir ki, bəyanatda bildirilir ki, bu hücumların əsas hədəfi Ukraynaya yardım edən təşkilatlar və NATO ölkələrinin strateji infrastrukturuna bağlı qurumlardır.

Böyük Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) əməliyyatlar üzrə direktoru Pol Çiçester açıqlamasında qeyd edib ki, Rusiya hərbi kəşfiyyatının həyata keçirdiyi bu zərərli kampaniya Ukraynaya dəstək göstərən qurumlar da daxil olmaqla hədəf seçilmiş strukturlar üçün ciddi təhdid yaradır".

Kiberhücumlar logistika və texnologiya sahəsində fəaliyyət göstərən şirkətləri, müdafiə müəssisələrini, İT şirkətlərini, dəniz limanlarını, hava limanlarını və hava nəqliyyatının idarəetmə sistemlərini əhatə edir. Hücumların əsasən NATO üzvü olan ölkələrə yönəldiyi vurğulanır. 

Rəsmi xəbərdarlıq sənədində təşkilatlara təcili təhlükəsizlik tədbirləri görmək tövsiyə olunur.

"Biz bütün təşkilatlara təhlükə barədə məlumat və cavab tədbirləri ilə diqqətlə tanış olmağı, şəbəkələrini qorumaq üçün təcili addımlar atmağı qəti şəkildə tövsiyə edirik",- deyə Çiçester əlavə edib.