Bu gün
Zelenskinin taleyini həll edəcək seçkilərin tarixi açıqlandı

Gələn il Ukraynada prezident seçkiləri keçirilə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podolyak bildirib.
“Ukraynada seçkilər müəyyən şərtlər daxilində 2027-ci ilin yazında keçirilə bilər. Əgər sülh razılaşması əldə olunarsa, hadisələrin bu cür inkişaf perspektivi mümkündür”, - o qeyd edib.
M.Podolyak vurğulayıb ki, seçkilərin keçirilməsi nə bu ilin yazında, nə də payızında mümkündür. Yalnız daimi atəşkəsdən üç ay sonra seçkilərlə bağlı prosedurlara başlanıla bilər.
Bu gün
Dünən